Tarix: 14 İyun 2022

Ümumdünya Qan Donoru Günü münasibətilə “OBA”da qanvermə aksiyası keçirilib

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsində 14 iyun – Ümumdünya Qan Donoru Günü münasibətilə qanvermə aksiyası keçirilib.

Korporativ Sosial Məsuliyyət tədbirlərinə hər zaman diqqət ayıran “OBA” marketlər şəbəkəsinin onlarla əməkdaşı aksiyada iştirak edib.

“Qan ver, həyat xilas et” şüarı altında keçirilən aksiya Mərkəzi Qan Bankının peşəkar həkim kollektivinin dəstəyi ilə baş tutub. Aksiyanın məqsədi Talassemiya və Hemofiliyadan, həmçinin leykoz xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaqdır.

Qeyd edək ki, “OBA” marketlər şəbəkəsinin dəyərləri sırasında sosial məsuliyyət bəndi xüsusi yer tutur. Şirkət cəmiyyət və ətraf mühit üçün dəyər yaratmağa və dayanıqlı inkişafa dəstək olmağa çalışır.

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC ölkə üzrə 1110-dan çox marketi və 6000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!

Digər xəbərlər

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsinin təşkilatçılığı ilə “Zaman Art Gallery”də “Azad Xocalı: Kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirilib.

Tarix:

26 Mart 2025

Daha ətraflı

Natəvan İbrahimova: “Cəmiyyətimizdə “bu qadın işi deyil, kişi işidir” deyilən streotipləri şirkət olaraq qırmağı bacarmışıq”

Tarix:

05 Mart 2025

Daha ətraflı

AÇIQLAMA!!!

Tarix:

27 Fevral 2025

Daha ətraflı