Müştəri hüquqları

  1. Təzə məhsul etibarlılığı:

Alınan məhsulda hər hansı bir nöqsan aşkar olunarsa yenisi ilə əvəzetmə və ya məhsulun qiyməti dəyərində digər məhsulla əvəzedilməsinə zəmanət verilir

  1. Çap xətası etibarlılığı:

Marketimizdə çap xətası ilə əlaqədar hər hansı bir məhsulun qiyməti ucuz elan edilərsə, bu qiymət kassada da keçərlidir.

  1. Qiymət etibarlılığı:

Marketimizdə rəf qiyməti ilə kassa çıxış qiyməti fərqli olduqda (barkod,marka adı, ölçü vahidi miqdarı eyni olarsa) ucuz olan qiymət keçərlidir.

  1. Kassa çeki və ya qəbz etibarlılığı:

Marketimizdə alış-veriş edən hər bir müştərinin kassa çeki və ya qəbz tələb etmək hüququ var.

  1. Alınan məhsulun geri qaytarılması etibarlılığı:

Marketimizdən alınan məhsul 14 gün ərzində geri qaytarıla bilər. Bunun üçün mütləq kassa çeki və ya qəbz təqdim olunmalıdır.