Tarix: 21 Avqust 2021

Təbiətə ziyan vuran məhsulla bağlı marketlər şəbəkəsindən açıqlama

"Oba" marketlər şəbəkəsi yaxında yeni eko parça torbalarını istifadəyə verməyi planlaşdırır.

Xəbər verdiyimiz kimi, xidmət obyektlərində plastik materialların istehlakçıya satılması və ya verilməsi hallarına rast gəlinər. Belə ki, marketlərdə qanuna nə alıcılar, nə də satıcılar əməl etmir. Hazırda marketlərdə plastik torbalar ödənişsiz olduğu üçün insanlar məhsulları hətta bir neçə sellofan torba ilə evə aparır.

Məsələ ilə bağlı marketlər şəbəkəsinə informasiya sorğusu göndərmişik.

“OBA” marketlər şəbəkəsində 2019-cu il 7 fevral tarixli “Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı” qanununa riayət edərək birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların mağazalarından satışını 1 iyul tarixindən etibarən dayandırılıb”.

Bunu Bakıvaxtı.az-a “OBA” Marketlər Şəbəkəsinin Marketinq Kommunikasiyaları şöbə müdiri Fəzilət Səmədova bildirib.

O, qeyd edib ki, “OBA” marketlər şəbəkəsi yanvarın 1-dən qüvvəyə minən qanuna riayət edir: “Qanunda 15 mikrona qədər olan polietilen torbaların istifadəsinə qadağa qoyulub. Hazırda marketlərimizdə satışda olan və ya istifadə edilən bütün polietilen torbaların qalınlığı 15 mikronun üzərindədir. “OBA” marketlər şəbəkəsi olaraq düşünürük ki, polietilenin istifadəsi ümumiyyətlə təbiətə ziyan vurur və bu torbalardan istifadəni dayandırmaq lazımdır”.

Fəzilət Səmədova bildirib ki, “OBA” marketlər şəbəkəsi digər şirkətlər kimi polietilen paketlərin istehsalına böyük maliyyə vəsaiti itirir: “Həmçinin bu cür polietilen torbalar yenidən emal olunmadığı üçün təbiətə də böyük ziyan vurur. Bunları nəzərə alaraq “OBA” marketlər şəbəkəsi hazırda yeni eko parça torbalarını istifadəyə verməyi planlaşdırır. Müştərilərimiz həmin paketləri istifadə edərək, həm təbiətdəki tullantıları azaldacaq, həm də daha davamlı paketlərlə uzun müddət alış-verişlərini edə biləcəklər. Bu paketlərin oktyabr ayında satışa çıxarılması planlaşdırılır. Eko torbalarımız münasib qiymətə olduğundan, hər kəsin büdcəsinə uyğun olacaq. Hətta eko alış-veriş paketləri müxtəlif kampaniyalar çərçivəsində müştərilərimizə ödənişsiz olaraq təklif ediləcək. Müştərilərimizi eko torbalardan istifadə etməyə çağırırıq. Bu kampaniyada məqsədimiz insanların alış-veriş təcrübələrinə dəyişiklik edərək birlikdə ekologiyanı qorumağa səsləməkdir.

Həmçinin “OBA” marketlər şəbəkəsinin ekologiyanın qorunması üçün yaxın zamanlarda daha bir neçə layihəyələrə imza atacağı gözlənilir”.

https://www.bakivaxti.az/az/posts/detail/tebiete-ziyan-vuran-mehsulla-bagli-marketler-sebekesiden-aciqlama-1629522607"

Digər xəbərlər

"OBA" marketlər şəbəkəsi "Xəyalların izində..."

Tarix:

15 Sentyabr 2024

Daha ətraflı

“OBA” Marketlər şəbəkəsinin əməkdaş sayı 9000-ə çatıb

Tarix:

23 Avqust 2024

Daha ətraflı

“OBA”da “Qadının gücü” layihəsi çərçivəsində yeni təlim keçirilib

Tarix:

16 Avqust 2024

Daha ətraflı