Tarix: 21 Sentyabr 2021

“OBA” marketlər şəbəkəsi şəhid və qazi ailələrinin övladlarına məktəb ləvazimatları paylayıb - FOTO/VİDEO

Xeyriyyə tədbirləri və sosial aksiyaları ilə seçilən “OBA” marketlər şəbəkəsinin həyata keçirdiyi layihələr içərisində şəhid ailələri və qazilərə dəstək xüsusi yer tutur.

Xeyriyyə tədbirləri və sosial aksiyaları ilə seçilən “OBA” marketlər şəbəkəsinin həyata keçirdiyi layihələr içərisində şəhid ailələri və qazilərə dəstək xüsusi yer tutur.

Keyfiyyətli məhsullar və münasib qiymətlərlə 5 ildir müştərilərinə qonşu olan “OBA” marketlər şəbəkəsi növbəti layihəsini Ağdam və Beyləqan rayonu ərazisində məskunlaşmış şəhid və qazi ailələrinin övladları üçün keçirib.

Layihə çərçivəsində “OBA” marketlər şəbəkəsi kollektivi yeni tədris ilinin başlaması münasibətilə Ağdam və Beyləqan rayonlarının şəhid və qazi övladları ilə görüşüb. Həmin rayonlarda yaşayan 150-yə yaxın şagirdə məktəb ləvazimatları ilə yanaşı, ərzaq hədiyyələri və oyuncaqlar təqdim edilib.

“OBA” marketlər şəbəkəsinin Marketinq Kommunikasiyaları şöbə müdiri Fəzilət Səmədova bildirib ki, bu layihələrin məqsədi şəhid və qazi ailələrinə dəstək olmaqdır:“OBA” marketlər şəbəkəsi olaraq korporativ sosial məsuliyyət tədbirlərimiz çərçivəsində Vətən müharibəsində iştirak edən qazi və şəhid övladlarını bilik günü münasibətilə təbrik etməyə gəldik. Ağdam rayonunun Quzanlı kəndində və Beyləqan rayonunun Kəbirli kəndində yaşayan 100-dən çox şəhid və qazi övladlarını məktəb ləvazimatları ilə yanaşı ərzaq hədiyyələri və oyuncaqlarla təmin etdik. Bizim üçün hər bir şagirdin sevinci bir hədiyyədir”.

Tədbir zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhid və qazilərin övladları onlara təqdim olunan hədiyyələrə sevinib, gətirilən oyuncaqları və məktəb ləvazimatlarını maraqla qarşılayıblar.

Şəhid və qazi ailələri tədbirin sonunda diqqət və qayğıya görə “OBA” marketlər şəbəkəsinə təşəkkürlərini bildiriblər.

Digər xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “OBA” marketlər şəbəkəsini mükafatlandırdı!

Tarix:

22 Fevral 2024

Daha ətraflı

Xankəndinin ilk marketi “OBA” oldu!

Tarix:

20 Dekabr 2023

Daha ətraflı

“Veysəloğlu” fermerlərə dəstək oldu!

Tarix:

02 Dekabr 2023

Daha ətraflı