Tarix: 14 Fevral 2025

"OBA Market" MMC məşğulluğa verdiyi töhfəyə görə təltif edilib.

"OBA Market" MMC məşğulluğa verdiyi töhfəyə görə təltif edilib.

İqtisadiyyat Nazirliyində “Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda Forum təşkil olunub.

Tədbirdə İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, sahibkarların ictimai birliklərinin təmsilçiləri, ekspertlər, iş adamları iştirak ediblər.

Forumda “OBA Market” MMC “Ticarət sahəsi üzrə məşğulluğun inkişafına töhfə verən” nominasiyası üzrə təltif olunub. “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova bu cür mükafat və təltiflərin qeyd olunan məşğulluğa dəstək yönündə addımların daha da artırılmasına xidmət etdiyini və bu sahəyə verilən töhfənin bu cür yüksək dəyərləndirilməsinin qürur hissi yaşatdığını qeyd edib.

“OBA” marketlər şəbəkəsi olaraq daima məşğulluğa dəstək, kadrların inkişafı, özəllikliklə də regionlarda bu sahədə yüksək irəliləyişin olması fəaliyyətimizin prioritet istiqamətlərindəndir. Ötən il ərzində “OBA” olaraq 2 minə insanın işlə təmin olunması məşğulluğa verdiyimiz töhfənin bariz nümunəsidir.

Təltifnaməni “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimovaya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli təqdim edib.

https://qafqazinfo.az/news/detail/oba-teltif-olundu-461868

Digər xəbərlər

"OBA" marketlərdən aztəminatlı əməkdaş övladlarının təhsilinə dəstək

Tarix:

12 Sentyabr 2025

Daha ətraflı

“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid

Tarix:

04 Sentyabr 2025

Daha ətraflı

Lotereyada iştirak et, evini OBA ilə doldur!

Tarix:

01 Sentyabr 2025

Daha ətraflı