Tarix: 06 Mart 2023

“Oba” 7 yaşını “7 igid - 7 gözəl” ilə qeyd etdi

Martın 4-də Gənclər və İdman Nazirliyi “İdman həftəsi” çərçivəsində 6 uşaq evinin iştirakı ilə şən startlar əyləncəli estafet yarışları təşkil edib.

“7 igid - 7 gözəl” adlı estafet yarışlarının təşkilatı işlərində Veysəloğlu Şirkətlər Qrupu, “OBA” marketlər şəbəkəsi və “Xonça” şirniyyat evi könüllü iştirak edib və yarışmaçılara öz hədiyyələrini çatdırıblar.

Azərbaycan Boks Federasiyasının idman zalında keçirilən yarışlarda 8-14 yaşlı oğlanlar və qızlar mübarizə aparıblar. Maraqlı mübarizə şəraitində keçirilən tədbirdə bütün uşaqlara sertifikatlar təqdim edilib.

Məlumat üçün qeyd edək ki, “7 igid - 7 gözəl” estafet yarışına dəstək olan “OBA Market” MMC yaxın günlərdə fəaliyyətə başlamasının 7 illiyini qeyd edəcək. Şirkət bu yarışmaya dəstək olmaqla öz 7 yaşına da fərqli tərəfdən diqqət çəkib.

https://marja.az/

Digər xəbərlər

Dövlət Vergi Xidməti “OBA”nı məşğulluğa töhfəyə görə təltif etdi

Tarix:

06 Mart 2026

Daha ətraflı

OBA-da “Qonşuda 2 qat bayram” lotereyası başladı

Tarix:

02 Mart 2026

Daha ətraflı

“OBA” FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib

Tarix:

13 Fevral 2026

Daha ətraflı