Start date: 01 June 2023

“OBA” “Şən startlar”ın yanında…

Gənclər və İdman Nazirliyi 1 İyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə "Şən startlar" əyləncəli idman təşkil edib.

Bakının “Qış parkı”nda keçirilən tədbirin dəstəkçiləri sırasında “OBA” marketlər şəbəkəsi də yer alıb.

Hər zaman sosial layihələrə xüsusi diqqət ayıran şirkət bu dəfə də kiçik qonşularının əyləncəli yarışmasında onların yanında olub.

11 rayon üzrə 7 yaşlı məktəblilər iştirak ediblər. Yarışda "Birincilər" (Binəqədi rayonu), "Gənclik" (Nərimanov rayonu), "Zəfər” (Nəsimi rayonu), "Nizami" (Nizami rayonu), "Qobustan" (Qaradağ rayonu), "Ulduzlar" (Sabunçu rayonu), "İçərişəhər" (Səbail rayonu), "Hövsan" (Suraxanı rayonu), "Cəsurlar" (Xətai rayonu), "Xəzri" (Xəzər rayonu), "Sülh quşu" (Yasamal rayonu) komandaları mübarizə aparıblar.

Xüsusi avadanlıqların quraşdırıldığı ərazidə oyunlar estafet, müxtəlif əyləncəli idman yarışları formatında keçirilib. Uşaqlar uzunluğa tullanma, nizə atma, halqaları keçərək sona çatmaq, maneələri dəfetmə və kornhol yarışlarında öz güclərini sınayıblar.

Yekunda tədbirin su təminatını öz üzərinə götürən Veysəloğlu Şirkətlər Qrupuna, “OBA" marketlər şəbəkəsinə və "Saf bulaq" su markasına xüsusi təşəkkür edilib.

Other news

“OBA” marketlər şəbəkəsi ilin şirkəti seçildi!

Start date:

18 March 2024

Read more

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “OBA” marketlər şəbəkəsini mükafatlandırdı!

Start date:

22 February 2024

Read more

Xankəndinin ilk marketi “OBA” oldu!

Start date:

20 December 2023

Read more