Süddaş (Sütlaç)
1 stəkan yumru düyünün üzərinə yarım litr qaynar su əlavə edib aşağı temperaturda yarım saat bişiririk. Düyü qaynadıqdan sonra suyu tam çəkilməmiş 1l südü qarışdıraraq üzərinə əlavə edirik və aşağı temperaturda 30 dəqiqə bişiririk. Dibinin yapışmaması üçün davamlı qarışdırırıq. Qatılaşdıqdan sonra üzərinə 1 stəkan şəkər tozu əlavə edib qarışdırırıq. Şəkər əridikdən sonra süddaşı saxsı qablara tökürük. Üzərində qaymaq əmələ gələnə qədər bir az gözləyirik. Sonra soba listinin içinə su töküb saxsı qabları həmin listə qoyuruq. 250 dərəcə sobada üzəri qızarana qədər bişirib soyuduqdan sonra servis edirik. Nuş olsun!
1 saat
Tərkibi:
Yumru düyü
1 stəkan
Süd
1l
Şəkər tozu
1 stəkan