Maqarina Bulli

1 fileni 4 hissəyə doğrayırıq. 1 ədəd soğan, duz, istiot əlavə etdiyimiz suda fileni qaynadırıq. Qaynadıqdan sonra soğanları və fileni sudan çıxardırıq və spagettini həmin suda qaynadırıq. Qozu bitki yağında qovurub üzərinə qaynatdığımız fileni didilmiş şəkildə əlavə edirik. 10-15 dəqiqə qovurduqdan sonra həmin qarışımı spagettinin üzərinə əlavə edib servis edirik. Nuş olsun!

1 saat

Tərkibi:

Qoz
Yarım stəkan
File
1 ədəd
Spagetti
1 paket
Soğan
1 ədəd
Bitki yağı
1 yemək qaşığı
Duz
Zövqə görə
İstiot
Zövqə görə