Kokoslu peçenye

3 yumurtanın ağı ayrılır və köpüklənənə qədər mikserlə qarışdırılır, üzərinə şəkər tozu və 1 paket vanil əlavə edilərək qarışdırılmağa davam edilir. Daha sonra 2 stəkan rəndələnmiş kokos da qarışıma əlavə edilir və öncədən 160 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirilir. Və kokoslu peçenyemiz hazırdır, nuş olsun!

20 dəqiqə

Tərkibi:

Yumurta ağı
3 ədəd
Kokos rəndəsi
2 stəkan
Şəkər tozu
1/3 stəkan