Badımcan ruleti

Hazırlanma qaydası: İki ədəd badımcanın qabığı soyulur, uzun şəkildə doğranılır və duzlu suda gözlədilir. 150 qram qoz ləpəsi blenderdən keçirilir, hər biri bir dəstə olmaqla xırda doğranmış keşniş və şüyüdlə birgə uyğun bir qaba alınır. Daha sonra zövqə görə duz-istiot və iki yemək qaşığı mayonezlə birgə qarışdırlır. Bitki yağında qızardılan badımcanlara öncədən hazırlanan içlikdən əlavə edilir və rulet şəklində bükülür. Badımcan ruleti hazırdır, nuş olsun!

35 dəq

Tərkibi:

Badımcan
2 ədəd
Qoz ləpəsi
150 q
Şüyüd
1 dəstə
Keşniş
1 dəstə
Mayonez
2 yemək qaşığı
İstiot və duz
Zövqə görə