Alma salatı

Hazırlanma qaydası: Kiçik ölçülü ağ kələmin yarısı və iki ədəd alma uzun-uzun doğranılır. Bir ədəd orta ölçülü kök rəndələnir və bir dəstə şüyüd xırda şəkildə doğranılır. Hamısı uyğun ölçülü kasada üç yemək qaşığı mayonez və zövqə görə duz-istiotla qarışdırılır. Alma salatımız hazırdır, nuş olsun!

20 dəqiqə

Tərkibi:

Ağ kələm (kiçik ölçü)
Yarım ədəd
Alma
2 ədəd
Kök
1 ədəd
Şüyüd
1 dəstə
Mayonez
Üç yemək qaşığı
İstiot və duz
Zövqə görə