Başlama tarixi :

06 Avqust 2022

Bitmə tarixi :

07 Avqust 2022

“OBA” marketlər şəbəkəsi qazilər üçün futbol turniri təşkil etdi

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi qazilərimizə həsr olunan futbol turniri təşkil edib.

İki gün davam edən turnirdə marketlər şəbəkəsindən 8 komanda iştirak edib. Yarışma başlamazdan öncə 44 günlük Vətən müharibəsi şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

İki gün davam edən mübarizədə final oyunu qazilər tərəfindən böyük maraqla izlənilib.Çıxış edən “OBA” rəhbərliyi turnirdə iştirak etdikləri üçün qazilərimizə öz təşəkkürünü bildirib. Qeyd olunub ki, “OBA” marketlər şəbəkəsi olaraq bu turnirin təşkilindən və qazilərin orada iştirakından böyük qürur hissi duyulur.

Daha sonra qalib komandanın üzvləri qazilərimizə hədiyyələr təqdim edib və xatirə fotosu çəkdiriblər.

Digər layihələr

İş sevgisi ilə davam edən yüksəliş

“Birlikdə Güclənirik” layihəsi çərçivəsində bu dəfə satıcı-kassir olaraq başladığı “OBA”da mentor administrator olaraq çalışan Müqəddəs Salahlının karyera yoluna nəzər salacağıq.

Başlama tarixi:

18 Sentyabr 2025

Bitmə tarixi:

18 Sentyabr 2025

Daha ətraflı

“OBA” marketlər şəbəkəsi “Vəfa Zirvəsi” nişanının təqdimat mərasimini həyata keçirib

Uzun illər Veysəloğlu Şirkətlər Qrupunda çalışan, daha sonra fəaliyyətlərini “OBA” marketlər şəbəkəsində davam etdirən əməkdaşlara şirkətin təsis etdiyi “Vəfa zirvəsi” nişanı təqdim olunub.

Başlama tarixi:

05 Sentyabr 2025

Bitmə tarixi:

05 Sentyabr 2025

Daha ətraflı

4 il əvvəl Oba marketdə başlayan yol baş ofisdə davam edir

Amilya Ərəbova 2021-ci ildə satıcı-kassir olaraq çalışmağa başlayıb. Bir il sonra admin – mağaza müdiri vəzifəsinə yüksəlib. Bir il sonra da OBAnın baş ofisində çalışmağa başlayıb.

Başlama tarixi:

01 Sentyabr 2025

Bitmə tarixi:

01 Sentyabr 2025

Daha ətraflı