Başlama tarixi :

30 Aprel 2022

Bitmə tarixi :

30 Aprel 2022

“Qonşudan Pay” layihəsi

“OBA” marketlər şəbəkəsi olaraq bu dəfə “Qonşudan pay” adlı Korporativ Sosial Məsuliyyət tədbiri həyata keçirdik.

Ramazan bayramı münasibətilə Bakının müxtəlif bölgələrində onlarla aztəminatlı ailənin evinə qonaq olub, onlara müxtəlif ərzaq məhsullarından ibarət bayram payı təqdim etdik.

Hər il müxtəlif sosial layihələr icra edən “OBA” marketlər şəbəkəsi bu dəfə “Qonşudan pay” adlı Korporativ Sosial Məsuliyyət tədbiri həyata keçirib.

Hər zaman xalqına yaxın olmağa çalışan qonşu marketlər şəbəkəsi Ramazan bayramı münasibətilə Bakının müxtəlif bölgələrində onlarla aztəminatlı ailənin evini ziyarət edib, onlara ərzaq məhsullarından ibarət bayram payı aparıb.

“OBA” marketlər şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Kamilə Məhərrəmli bildirib ki, layihənin məqsədi xalqımıza dəstək olmaq, qonşuluq və paylaşmaq dəyərlərinin əhəmiyyətini bir daha vurğulamaqdır: “Ramazan dostluq, həmrəylik, paylaşmaq ayıdır. “OBA” marketlər şəbəkəsi olaraq bu gözəl günlərdə xalqımızla həmrəy olmağa, bayram əhval-ruhiyyəsini paylaşmağa çalışdıq. Bu dəfə aztəminatlı ailələri sevindirmək üçün onlara ərzaq məhsullarından ibarət qonşu payı gətirdik. Bir daha Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir, xalqımıza firavanlıq və əmin-amanlıq arzulayırıq”.

“OBA” marketlər şəbəkəsindən xeyriyyə layihələrinin davamlı olacağı bildirilib.

Qeyd edək ki, “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC ölkə üzrə 1110-dan çox marketi və 6000-ə yaxın əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!

Digər layihələr

“OBA” marketlər şəbəkəsi keyfiyyət sirrlərini sizinlə paylaşır!

Daim müştərilərini keyfiyyətli və uyğun qiymətli məhsullarla təmin etmək prinsipi ilə çalışan “OBA” marketlər şəbəkəsi yeni başladılan “Keyfiyyətin yol xəritəsi” rubrikası ilə satışını həyata keçirdiyi məhsulların istehsal prosesini ictimaiyyətlə paylaşır.

Başlama tarixi:

09 Fevral 2024

Bitmə tarixi:

09 Fevral 2024

Daha ətraflı

“OBA” sahibsiz küçə heyvanlarına qayğı göstərməyə davam edir

“OBA” marketlər şəbəkəsində 2023-cü ilin payız-qış aylarından etibarən havaların soyuması səbəbilə filiallarının qarşısına sahibsiz pişiklər üçün yuvaların yerləşdirilməsinə başlanılıb.

Başlama tarixi:

24 Yanvar 2024

Bitmə tarixi:

24 Yanvar 2024

Daha ətraflı

“Hər Obada Bayramdır” – Laçında bir gün

“OBA” marketlər şəbəkəsi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 2024-cü ilin gəlişi münasibətilə Laçın şəhərində yeni il şənliyi keçirib.

Başlama tarixi:

29 Dekabr 2023

Bitmə tarixi:

29 Dekabr 2023

Daha ətraflı