Başlama tarixi :

01 Sentyabr 2020

Bitmə tarixi :

31 Oktyabr 2020

"OBA” marketlərində tibbi maska və informasiya bukletləri paylanılıb

Sentyabr və oktyabr aylarında “OBA Market” MMC Bakı şəhəri və Azərbaycanın digər bölgələrində yerləşən “OBA” marketlərində koronavirus pandemiyasından müdafiə məqsədilə silsilə tədbirlər həyata keçirib.

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC Bakı şəhəri və Azərbaycanın digər bölgələrində yerləşən “OBA” marketlərində koronavirus pandemiyasından müdafiə məqsədilə sentyabr və oktyabr aylarında silsilə tədbirlər həyata keçirib.

Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "COVID 19 Koronavirus Pandemiyasının aktivləşməsi səbəbindən əhalinin maarifləndirilməsi istiqamətində tədbirlərin təşkili" layihəsinin icrasına start verilib.

“OBA” marketlər şəbəkəsi COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə maarifləndirmə tədbirlərinə qoşularaq marketlərində koronavirusdan müdafiə və maarifləndirmə məqsədilə təşkil olunan layihələrin keçirilməsini təmin edib.

Dəyişərək inkişaf edən və ən sərfəli alış-veriş ünvanı olan, fərqli və maraqlı kampaniyaları ilə alıcılarını sevindirməyə davam edən “OBA” marketlər şəbəkəsi cəmiyyətimizin sağlamlığını təmin etmək üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının həyata keçirilməsi istiqamətində tapşırıqlarına əməl edərək, sosial məsafə, tibbi maska, dezinfeksiya və digər tədbirlərə riayət edərək, əməkdaşları və alıcılarını qorumaqdadır.

Digər layihələr

“OBA” Bilik Günü münasibətilə şəhid əməkdaşlarının ailəsini ziyarət etdi

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi Bilik Günü ərəfəsində şəhid əməkdaşlarının evini ziyarət edib.

Başlama tarixi:

15 Sentyabr 2022

Bitmə tarixi:

15 Sentyabr 2022

Daha ətraflı

“OBA” marketlər şəbəkəsi qazilər üçün futbol turniri təşkil etdi

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi qazilərimizə həsr olunan futbol turniri təşkil edib.

Başlama tarixi:

06 Avqust 2022

Bitmə tarixi:

07 Avqust 2022

Daha ətraflı

“Maredo konfetləri qazandırır” lotereyası

Başlama tarixi:

15 Aprel 2022

Bitmə tarixi:

09 İyun 2022

Daha ətraflı