Ən çox axtarılanlar
“OBA” marketlər şəbəkəsində satılan toyuq, ət və digər ət məhsulları müştərilərimizə yüksək keyfiyyət və sərfəli qiymətlə təqdim edilir. Biz istehsalçıdan keyfiyyətə dair zəmanət, gigiyenik sertifikat və digər uyğunluq sertifikatlarını tələb edirik.
Meyvə və tərəvəzlər sağlamlığımız üçün vacib məhsullardandır. İdxal olunan məhsullarla yanaşı ölkəmizdə yüksək qida dəyərinə malik olan dadlı,təzə meyvə və tərəvəzləri marketlərimizdən əldə edə bilərsiniz.
Süd və süd məhsullarının faydasını hər kəs bilir. Qida dəyəri çox yüksək olan süd, bütün yaş qruplarına lazım olan kalsium ehtiyacının ödənilməsi üçün istifadə ediləcək ən yaxşı mənbə hesab olunur. Marketlərimizdə müxtəlif yağlılıqda süd və süd məhsulları ilə yanaşı, həmçinin bölgələrimizdə istehsal olunan təzə ağartı məhsularını da əldə edə bilərsiniz.
Süfrələrimizin bəzəyi olan un məmulatları, konfet və şokoladlar, kremli kakaolu vafli, biskvit, lokum və marmelad çeşidləri müştərilərimizin rəğbətini qazanmışdır.
Bu qrupa şampunlar, yuyucu tozlar, sabunlar, məişət əşyaları, aksesuarlar, uşaq bezləri, tekstil, elektrikli cihazlar və digər qeyri qida məhsulları daxildir. “OBA” rəflərində yer alan qeyri qida və gigiyena vasitələri Revel, Lovbe, Dory Baby, Klar kimi şirkətimizin öz markalarının və digər yerli markaların məhsullarıdır. Təmizlikdə keyfiyyəti və qənaəti ilə fərqlənən məhsullarımızın marketlərimizin vitrinlərində xüsusi yeri var.
Bu bölmədə spirtli, spirtsiz,meyvə şirələri, kompotlar, qazlı və qazsız sular, limonadlar, enerji içkiləri, soyuq çaylar və müxtəlif növ şərablar vitrinlərimizdə dəyərli müştərilərimizi gözləyir.
2016-cı ildən bu günə qədər satışa çıxarılan və sevilən marka məhsullarımızın sırasında quru qida markaları da var. Fellini və Safran adı altında qənd, şəkər tozu, makaron, vermişel, əriştə, un, dənli bitkilər və s. rastlamaq olar.
Bu qrupa müxtəlif dadlarda dondurma növləri daxildir. “OBA” rəflərində yer alan dondurmalar həm beynəlxalq, həm də yerli istehsalçıların keyfiyyətli məhsullarıdır. Təravətli dadı, yüksək keyfiyyəti və sərfəli qiyməti ilə seçilən dondurma çeşidləri yay-qış istənilən anda sərinlik və zövq bəxş edir. Soyuducu vitrinlərimizdə xüsusi yer alan bu məhsullar hər yaşdan alıcının sevimlisidir.
Bu qrupa it və pişiklər üçün quru və yaş yemlər, konservlər daxildir. “OBA” rəflərində təqdim olunan ev heyvanları qidaları etibarlı markaların keyfiyyətli məhsullarıdır. Sağlam tərkibi, balanslaşdırılmış qidalanma imkanı və sərfəli qiyməti ilə seçilən heyvan qidası çeşidləri ev heyvanlarının gündəlik ehtiyaclarına tam uyğundur. Bu məhsullar mağazalarımızın xüsusi bölməsində rahat seçim üçün yerləşdirilib.