Obi topla, bonus qazan!
Alış-veriş et, OBİ qazan!
Necə işləyir?
Qaydalar və Şərtlər
- Minimum 5 AZN-lik alış-veriş et, mobil tətbiqi kassada oxut və 1 OBİ qazan.
- Hər gün maksimum 1 OBİ qazana bilərsən.
- Hər 5-ci OBİ-ni qazandıqda 1 bonus qazanırsan və bonuslar avtomatik hesabına əlavə edilir.
- Bonusların balansına əlavə edilməsi 1 saata qədər çəkə bilər.
- Ay ərzində maksimum 6 bonus qazana bilərsən.
- Ay sonunda toplanmamış OBİ-lər sıfırlanır.
- Kampaniya spirtli içki, tütün və şans oyunları məhsullarının alışına şamil olunmur.
Ən çox verilən suallar
Kampaniya bütün mağazalarda keçərlidirmi?
Bəli, kampaniya bütün "OBA" marketlərdə keçərlidir.
Kampaniyada iştirak etmək üçün minimum nə qədər alış-veriş etmək lazımdır?
Kampaniyada iştirak etmək üçün gündəlik minimum 5 AZN-lik alış-veriş etmək lazımdır.
Kampaniyada necə bonus qazana bilərəm?
5 AZN və ya üzəri alış-veriş zamanı "OBA Plus" mobil tətbiqini kassada oxudaraq hər gün maksimum 1 OBİ qazana bilərsən. Hər 5-ci OBİ 1 bonus qazandırır.
Kampaniya müddətində alış-veriş etdiyim məhsullardan geri qaytarsam, qazandığım bonus və OBİ-lər necə olacaq?
Əgər aldığın məhsullardan 14 gün ərzində qaytarsan və qaytarma etdikdən sonra alış-veriş məbləğin 5 AZN-dən aşağı düşsə, həmin alış-verişə görə qazandığın OBİ və ya bonus avtomatik balansından silinəcək. Əgər bonusu xərcləmiş olsan, bonus balansın mənfiyə düşəcək. Azərbaycan qanunvericiliyinə görə alınan məhsulları 14 gündən gec qaytarıla bilməz.
Qazandığım bonusları necə xərcləyə bilərəm?
Qazandığınız bonuslar "OBA Plus" mobil tətbiq balansınıza köçürüləcək və onları bütün OBA marketlərində alış-veriş zamanı istifadə edə, həmçinin, digər mobil tətbiq istifadəçilərinə köçürmə edə bilərdiniz.
Bonusları nağdlaşdırmaq və nağd pul şəklində əldə edə bilərəm?
Xeyr. Bonuslar yalnız "OBA Plus" bonus kart balansına köçürülür, nağdlaşdırmaq və ya nağd ekvivalentini əldə etmək mümkün deyil.