Tarix: 03 Noyabr 2020

"OBA" marketlər şəbəkəsi 5 yaşını qeyd edir

Dəyişərək inkişaf edən və sərfəli alış-verişin ünvanı olan “OBA” marketlər şəbəkəsi bu gün 5 yaşını qeyd edir.

11 mart 2016-cı il tarixindən fəaliyyətə başlayan və Azərbaycanın pərakəndə satış sektorunda aparıcı marketlər şəbəkəsindən biri olan “OBA Market” MMC beş illik fəaliyyəti dövründə bir çox dəyişikliklər həyata keçirib. Şirkət son bir ildə müştəri məmnuniyyətini artırmaq məqsədilə mağazalarını genişləndirib, məhsul çeşidini artırıb, interyer və eksteryerində önəmli dəyişikliklər edib.

“OBA” marketlər şəbəkəsi beş ildir qiymət siyasətini qoruyub saxlamaqla, qənaətli alış-veriş və sərfəli qiymətlər təklif etməklə yanaşı, mağaza sayını 900-ə çatdıraraq müştərilərinə daha yaxın olmağa nail olub.

Milli dəyərləri qoruyaraq Azərbaycan xalqının yanında olan “OBA” marketlər şəbəkəsi ötən illər əzrində ölkədə baş verən hadisələrə də biganə qalmayıb, bir çox Korporativ Sosial Məsuliyyət tədbirləri həyata keçirib. Bundan başqa, “OBA” marketlər şəbəkəsi şəhid ailələrinə və Qarabağ qazilərinə yardım edib, idman və təhsil kimi sahələrin inkişafına maddi dəstək göstərib.

Ötən ilin sentyabr ayında Vətən müharibəsi başlayandan “OBA” marketlər şəbəkəsi dövlətimiz, xalqımız və ordumuz üçün bütün imkanlarını səfərbər edib, bir çox layihələr həyata keçirib və ianələr edib.

Qeyd edək ki, hər zaman milli dəyərlərimizə sadiq olan “OBA” marketlər şəbəkəsinin bundan sonrakı hədəflərinin özəyində də müştəri məmnuniyyəti dayanır.

Haqqın.az

Digər xəbərlər

“OBA” marketlər şəbəkəsi ilin şirkəti seçildi!

Tarix:

18 Mart 2024

Daha ətraflı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “OBA” marketlər şəbəkəsini mükafatlandırdı!

Tarix:

22 Fevral 2024

Daha ətraflı

Xankəndinin ilk marketi “OBA” oldu!

Tarix:

20 Dekabr 2023

Daha ətraflı