Tarix: 10 Dekabr 2022

"Veysəloğlu" Şirkətlər Qrupu və "OBA"dan örnək addım

Dekabr ayının 10-u "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin ərsəyə gətirdiyi filmin təqdimatı keçirilib. Film 44 günlük Vətən müharibəsində arxa cəbhədə çalışan şəxslərə həsr olunub.

Təqdimat mərasimində İctimai Birlik tərəfindən bir neçə quruma plaketlər verilib. Təltifnamələr içində ən diqqətçəkən Veysəloğlu Şirkətlər Qrupuna verilən plaket olub. Məlum olub ki, Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Aydın Talıbovun qərarı ilə şirkətdə çalışmış və şəhid olmuş əməkdaşların maaşları bu gün də ailələrinə ödənilir.

İctimai Birliyin sədri Emin Tarverdiyev bildirib ki, şəhid ailələrinin haqqını heç bir halda ödəmək mümkün deyil, lakin 20 000-dən çox əməkdaşı olan bir şirkətin bütün şəhid əməkdaşlarının maaşını ödəməsi çox qürurverici və təqdirəlayiq addımdır.

Tədbirdə həmçinin, "OBA Market" MMC rəhbəri Natəvan İbrahimovaya şirkətin şəhid olan 4 əməkdaşı - Qara Nəsirov, Süleyman Bağırov, Tural Aslanov, Ümman Əmiraslanovun adlarına filiallar həsr edilməsinə və İctimai Birliyə verdiyi dəstəyə görə təşəkkür plaketi təqdim olunub.

https://marja.az/

Digər xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “OBA” marketlər şəbəkəsini mükafatlandırdı!

Tarix:

22 Fevral 2024

Daha ətraflı

Xankəndinin ilk marketi “OBA” oldu!

Tarix:

20 Dekabr 2023

Daha ətraflı

“Veysəloğlu” fermerlərə dəstək oldu!

Tarix:

02 Dekabr 2023

Daha ətraflı