Tarix: 30 Aprel 2022

“OBA” Ramazan bayramı münasibətilə aztəminatlı ailələri ziyarət edib

Hər il müxtəlif sosial layihələr icra edən “OBA” marketlər şəbəkəsi bu dəfə “Qonşudan pay” adlı Korporativ Sosial Məsuliyyət tədbiri həyata keçirib.

Hər zaman xalqına yaxın olmağa çalışan qonşu marketlər şəbəkəsi Ramazan bayramı münasibətilə Bakının müxtəlif bölgələrində onlarla aztəminatlı ailənin evini ziyarət edib, onlara ərzaq məhsullarından ibarət bayram payı aparıb.

“OBA” marketlər şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Kamilə Məhərrəmli bildirib ki, layihənin məqsədi xalqımıza dəstək olmaq, qonşuluq və paylaşmaq dəyərlərinin əhəmiyyətini bir daha vurğulamaqdır:

“Ramazan dostluq, həmrəylik, paylaşmaq ayıdır. “OBA” marketlər şəbəkəsi olaraq bu gözəl günlərdə xalqımızla həmrəy olmağa, bayram əhval-ruhiyyəsini paylaşmağa çalışdıq. Bu dəfə aztəminatlı ailələri sevindirmək üçün onlara ərzaq məhsullarından ibarət qonşu payı gətirdik. Bir daha Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir, xalqımıza firavanlıq və əmin-amanlıq arzulayırıq”.

“OBA” marketlər şəbəkəsindən xeyriyyə layihələrinin davamlı olacağı bildirilib.

Qeyd edək ki, “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC ölkə üzrə 1050-dən çox marketi və 6000-ə yaxın əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!

Digər xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “OBA” marketlər şəbəkəsini mükafatlandırdı!

Tarix:

22 Fevral 2024

Daha ətraflı

Xankəndinin ilk marketi “OBA” oldu!

Tarix:

20 Dekabr 2023

Daha ətraflı

“Veysəloğlu” fermerlərə dəstək oldu!

Tarix:

02 Dekabr 2023

Daha ətraflı