Tarix: 31 Dekabr 2021

“OBA” marketlər şəbəkəsi xalqımızı təbrik edir

“OBA” marketlər şəbəkəsi 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımızı təbrik edib.

Hər zaman müştərilərinə yüksək keyfiyyət və sərfəli qiymətlərlə xidmət göstərməyi əsas hədəf tutan yaxın qonşumuz “OBA” 2021-ci ildə bir çox uğura imza atıb.

İlin əvvəlində “OBA Market” mobil tətbiqini istifadəyə verən marketlər şəbəkəsi bununla müştərilərinə hər 10 AZN və üzəri alış-verişlərdə keşbek və xüsusi hədiyyələr qazanmaq imkanı yaradıb.

Qonşuluq prinsipini üstün tutub, müştərilərini “Qonşu, xoş gəldin” deyə qarşılayan “OBA” geridə qoyduğumuz ildə çəkdiyi reklam çarxları ilə də fərqlənməyi bacarıb. Qurban bayramı ərəfəsində yayımlanan çarx qardaş ölkə Türkiyə mediasında da gündəm olub.

2021-ci il “OBA” üçün daha bir uğurla yadda qalıb. Belə ki, marketlər şəbəkəsi 1000-ci marketinin açılışını edərək Azərbaycan pərakəndə satış sektorunda ən çox marketə sahib olan ilk şəbəkə olub. Şirkət son bir ildə müştəri məmnuniyyətini artırmaq məqsədilə marketlərini genişləndirib, məhsul çeşidini artırıb, interyer və eksteryerində önəmli dəyişikliklər edib.

Azərbaycan xalqının daim yanında olan “OBA” marketlər şəbəkəsi 2021-ci ildə bir çox Korporativ Sosial Məsuliyyət tədbirləri həyata keçirib. Layihələr içərisində şəhid ailələri və qazilərə dəstək xüsusi yer tutub.

Bilik Günü ərəfəsində keçirilən layihə çərçivəsində “OBA” marketlər şəbəkəsi kollektivi yeni tədris ilinin başlaması münasibətilə Ağdam və Beyləqan rayonlarının şəhid və qazi övladları ilə görüşüb. Həmin rayonlarda yaşayan 150-yə yaxın şagirdə məktəb ləvazimatları ilə yanaşı, ərzaq hədiyyələri və oyuncaqlar təqdim edilib.

“OBA” marketlər şəbəkəsi şəhidlərin adını ucaltmaq və onların xatirəsini əbədi yaşatmaq məqsədilə 8 Noyabr Zəfər Günündə Tərtər rayonununda yerləşən “Vətən bağı - Şəhidlər parkı”nın açılışında iştirak edib və “Vətən bağı”nda şəhidlər bulağını istifadəyə verib.

“OBA” marketlər şəbəkəsi il ərzində müştərilərini də unutmayıb. Novruz bayramı, 28 May Müstəqillik Günü, 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü, 15 Sentyabr Bilik Günündə və digər bayramlarda müştəriləri üçün maraqlı və bol hədiyyəli layihələr həyata keçirib.

Müştərilərini daim yenilikləri ilə sevindirən “OBA” marketlər şəbəkəsi il sonunda “Şanslı qonşu” lotereyasına start verib. Oktyabrın 18-dən yanvarın 29-dək keçiriləcək lotereya şirkətin 5 illik fəaliyyəti dövründə ilk dəfə keçirilən lotereyadır. Lotereyanın məqsədi müştərilərini yalnız endirimləri ilə deyil, bol hədiyyələrlə də sevindirməkdir. Müştərilər hər 10 AZN-lik alış-verişdə 1 şans qazanaraq lotereyaya qoşulub möhtəşəm hədiyyələrin sahibi olmaq imkanı əldə edəcəklər.

Şanslı qonşular 2021-ci ilin istehsalı olan 5 “Kia Rio” avtomobili, hər biri 5 ədəd olmaqla İstanbula səyahət turu, soyuducu, televizor, qabyuyan, paltaryuyan, planşet, kondisioner, mobil telefon və 500 AZN-lik hədiyyə kartları qazanacaqlar. Lotereyanın qalibləri fevralın 12-də “Xəzər” televiziyasının canlı efirində müəyyən olunacaq.

“OBA” il sonunda daha bir möhtəşəm kampaniyaya start verərək müştərilərinə bir addım daha yaxınlaşıb. “CİBƏ QƏNAƏT” adlanan kampaniyada seçilmiş yüzlərlə məhsul müştərilərə xüsusi endirimlərlə təqdim olunur. Dekabrın əvvəlində start götürən kampaniya hər həftənin 5-ci günündən növbəti həftənin 4-cü gününə qədər davam edir.

“OBA” marketlər şəbəkəsi 2022-ci ildə də Azərbaycanın hər bir bölgəsində böyüməyə, inkişaf etməyə və müştərilərinə daha yaxın olmağa davam edəcək. Yeni ildə görüşənədək! Bayramlarınız mübarək!

Qeyd edək ki, “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC ölkə üzrə 1000-dən çox marketi və 6000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!

https://qafqazinfo.az/

Digər xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “OBA” marketlər şəbəkəsini mükafatlandırdı!

Tarix:

22 Fevral 2024

Daha ətraflı

Xankəndinin ilk marketi “OBA” oldu!

Tarix:

20 Dekabr 2023

Daha ətraflı

“Veysəloğlu” fermerlərə dəstək oldu!

Tarix:

02 Dekabr 2023

Daha ətraflı