Tarix: 11 Mart 2022

“OBA” marketlər şəbəkəsi 6 yaşını qeyd edir!

Azərbaycan pərakəndə satış sektorunda ən çox market sayı ilə seçilən və yaxın qonşu olaraq müştərilərinə xidmət göstərməkdən qürur duyan “OBA” marketlər şəbəkəsi fəaliyyətə başlamağının 6-cı ilini qeyd edir.

Marketlər şəbəkəsi ötən 6 ildə bir çox uğura imza atıb və müştərilərinə əlavə imkanlar yaratmağa davam edib. “OBA” marketlər şəbəkəsi Azərbaycanda ilk dəfə pərakəndə sektorunda müştərilərin rahat alış-veriş etməsi, əlavə vaxt itirməməsi üçün fiziki kart olmadan keşbek sistemini elektron formada yaradıb. Hazırda müştərilər “OBA Market” mobil tətbiqini yükləyərək həmin funksiyadan yararlana bilirlər.

Fevral ayında “Şanslı qonşu” tirajlı stimullaşdırıcı lotereyasında qaliblərin seçimini keçirən marketlər şəbəkəsi 50 şanslı qonşusunu bir-birindən dəyərli hədiyyələrlə, o cümlədən 5 ədəd 2021-ci il buraxılışlı Kia RİO avtomobili ilə sevindirib.

Qısa müddət ərzində qarşıya böyük hədəflər qoymaqla həm müştərilərin, həm də komandanın sevimlisinə çevrilən “OBA” marketlər şəbəkəsi ötən 6 ildə həyata keçirdiyi bir çox sosial layihələrlə də fərqlənməyi bacarıb.

“OBA” geridə qoyduğumuz illərdə çəkdiyi reklam çarxları ilə də seçilib. Həmin reklam çarxlarında qonşuluq dəyərlərinin əhəmiyyəti, mərhəmət, yaxşılıq, böyüklərə hörmət kimi sosial mesajlar verilib. Onlardan bəziləri hətta qardaş ölkə Türkiyədə də böyük marağa səbəb olub.

Ötən illər ərzində yeni açılan marketlərində müştərilərini “Qonşu, xoş gəldin” deyə salamlayaraq, onlara daha əlçatan və sərfəli bir marketin elə məhəllələrində yerləşdiyini göstərib.

“OBA” marketlər şəbəkəsi öz fəaliyyəti ilə həm ölkəmizin iqtisadi inkişafına dəstək verir, həm də minlərlə insanı iş yerləri ilə təmin edir.

Qeyd edək ki, “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC ölkə üzrə 1050-dən çox marketi və 6000-ə yaxın əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!

Digər xəbərlər

“OBA” marketlər şəbəkəsi ilin şirkəti seçildi!

Tarix:

18 Mart 2024

Daha ətraflı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “OBA” marketlər şəbəkəsini mükafatlandırdı!

Tarix:

22 Fevral 2024

Daha ətraflı

Xankəndinin ilk marketi “OBA” oldu!

Tarix:

20 Dekabr 2023

Daha ətraflı