Tarix: 06 Oktyabr 2021

“OBA” market Eliş və Roşkaya “qonşu” oldu

Daima müştərilərinə yaxın olan və onların rahatlığını düşünən “OBA” marketlər şəbəkəsi yeni reklam çarxını yayımlayıb.

Qonşuluq konsepti ilə çıxış edən “OBA” marketlər şəbəkəsi bu videoda da qonşuluq dəyərlərini önə çıxardıb.

Yeni videoda hər kəsin sevimlisi olan “Məhəllə”nin Eliş və Roşkası yeni köçən qonşularını təbrikə gəlirlər və marketdə qonşuluq dəyərini görürlər. Videonun sonunda “Uzaq qohumdansa, yaxın qonşu yaxşıdır” fikri bir daha təsdiqini tapır.

Məşhur Tahir və Cabir İmanovların rol aldığı reklam çarxı “OBA” marketlər şəbəkəsinin rəsmi sosial şəbəkə hesablarında və digər səhifələrdə paylaşılıb. İzləyicilər tərəfindən reklam çarxı böyük maraqla qarşılanıb.

“OBA” marketlər şəbəkəsi bildirib ki, yaxın günlərdə müştərilərini möhtəşəm bir yeniliklə sevindirəcəkdir.

Qeyd edək ki, “OBA” marketlər şəbəkəsinin əsas məqsədi qənaətli məhsullar və yüksək keyfiyyətli xidmət ilə alıcılarını daima məmnun etməkdir.

Digər xəbərlər

“Aləmshah" düyüsü, "Hər Gün" kərə yağı və "Tamdad" toyuqları ilə “Çığırtma plov” hazırlandı

Tarix:

18 İyun 2025

Daha ətraflı

“OBA”dan “Güvən” İB-nin yardım çağırışına müsbət cavab

Tarix:

06 İyun 2025

Daha ətraflı

"Qonşum qazansın" lotereya qalibləri bəlli oldu!

Tarix:

27 May 2025

Daha ətraflı