Tarix: 15 Aprel 2022

“OBA” “Maredo konfetləri qazandırır” adlı yeni lotereyaya start verir!

Fəaliyyətinin 6-cı ilində müştərilərinə müxtəlif kampaniyalar təqdim edən “OBA” marketlər şəbəkəsi yeni lotereyaya başlayır.

“Maredo konfetləri qazandırır” adlı lotereya “OBA Market” mobil tətbiqi üzərindən həyata keçiriləcək. Bol hədiyyəli lotereya 15 apreldən 9 iyuna qədər davam edəcək. Tirajlı stimullaşdırıcı elektron lotereyada “OBA” müştəriləri hər 5 azn-lik Maredo konfetləri alış-verişində “OBA Market” mobil tətbiqini kassirə təqdim etməklə 1 şans qazanacaqlar. Lotereya 8 tirajdan ibarət olmaqla 8 həftə davam edəcək. Tiraj tarixləri: 22 Aprel, 29 Aprel, 6 May, 13 May, 20 May, 27 May, 3 İyun, 10 İyun. 1-7 Tirajlarda 1 lotereya nömrəsi yalnız 1 tirajda qalib ola bilər. 8-ci, yəni sonuncu tirajda isə bütün öncəki qaliblər də iştirak hüququ qazanacaqlar.

Qaliblər hər həftənin cümə günü “OBA” marketlər şəbəkəsinin sosial media hesablarında keçiriləcək canlı yayımla, təsadüfi seçimlə təyin olunacaq. Lotereyada iştirak edən müştərilər “OBA”dan hər biri 15 ədəd olmaqla elektrikli soba, ətçəkən maşın, mobil telefon, hər biri 8 ədəd olmaqla televizor və paltaryuyan maşın, 54 ədəd 100 azn-lik hədiyyə kartları, 1 ədəd soyuducu və 1 ədəd Kia Rio avtomobili qazanma şansına sahib olacaqlar.

Lotereyanın iştirak qaydalarına əsasən, 18 yaşına çatmış şəxslər “OBA market” mobil tətbiqini yükləyərək iştirakını təsdiqləyib şəxsi məlumatlarını tam və doğru doldurmalıdır. Hər bir lotereya nömrəsi 1 dəfə qalib ola bilər. Şans sayının çox olması lotereya nömrəsinin qazanma ehtimalını artırır.

Ətraflı məlumat: oba.az saytında və “OBA Market” mobil tətbiqində elan olunacaq.

Qeyd edək ki, “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC ölkə üzrə 1000-dən çox marketi və 6000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!

Digər xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “OBA” marketlər şəbəkəsini mükafatlandırdı!

Tarix:

22 Fevral 2024

Daha ətraflı

Xankəndinin ilk marketi “OBA” oldu!

Tarix:

20 Dekabr 2023

Daha ətraflı

“Veysəloğlu” fermerlərə dəstək oldu!

Tarix:

02 Dekabr 2023

Daha ətraflı