Tarix: 05 Dekabr 2022

“OBA” ilə AQSİA arasında memorandum imzalanıb

“OBA Market” MMC ilə Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Agentliyi (AQSİA) arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi haqqında memorandum imzalanıb.

Sənəd noyabrın 23-də Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə Qlobal Sahibkarlıq Həftəsinə həsr edilmiş “Üfüqdə Yeni Fürsətlər: Qadın Sahibkarlara Yaşıl İşıq” adlı V Forumda qüvvəyə minib.

Memorandum “OBA” marketlər şəbəkəsinin tədbirdəki nümayəndəsi Kamilə Məhərrəmli ilə AQSİA-nın sədri Səkinə Babayeva arasında imzalanıb.

İki qurum arasında əməkdaşlıqda əsas məqsəd Azərbaycanda fəaliyyət göstərən kiçik və orta sahibkar qadınlara dəstək olmaqdır. Həmçinin, “OBA” marketlər şəbəkəsi təşkilati dəstəyə görə AQSİA tərəfindən təltif olunub.

Tədbir zamanı “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimovanın qadınlara müraciətini əks etdirən videoçarx yayımlanıb. Sədr bildirib ki, “OBA Market” MMC-nin əməkdaşlarının 44 faizini qadınlar təşkil edir və şirkət hər zaman qadın əməkdaşlarına və qadın sahibkarlara dəstək verməyə hazırdır.

Forumda kiçik və orta biznesi olan qadın sahibkarların yarmarkası təşkil olunub. “OBA Market” MMC-nin əməkdaşları yarmarka müddətində qadınlar üçün işəqəbul prosesi həyata keçiriblər. Onlarla qadın şirkətlə əməkdaşlıq üçün müraciət edib.

https://fed.az/

Digər xəbərlər

"OBA" marketlər şəbəkəsi "Xəyalların izində..."

Tarix:

15 Sentyabr 2024

Daha ətraflı

“OBA” Marketlər şəbəkəsinin əməkdaş sayı 9000-ə çatıb

Tarix:

23 Avqust 2024

Daha ətraflı

“OBA”da “Qadının gücü” layihəsi çərçivəsində yeni təlim keçirilib

Tarix:

16 Avqust 2024

Daha ətraflı