Tarix: 23 Fevral 2023

“OBA” Dövlət Məşğulluq Agentliyi tərəfindən birinci yerə layiq görüldü

Yaxın və qənaətli qonşu konsepsiyası ilə Azərbaycanın dörd bir yanında fəaliyyət göstərən "OBA Market” MMC Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən təltif olunub.

Fevralın 23-də DOST Agentliyində keçirilən növbəti mükafatlandırma tədbirində 2022-ci ildə fəal iştirakı ilə seçilən tərəfdaşların təqdimat mərasimi baş tutub.

"OBA Market” MMC "Müharibə iştirakçılarının məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” nominasiyasında birinciliyə layiq görülüb. Belə ki, 2022-ci il ərzində 373 nəfər müharibə iştirakçısı "OBA” tərəfindən işlə təmin olunub.

Mükafatı şirkətin İdarə Heyətinin sədri Natəvan İbrahimovaya millət vəkili Məlahət İbrahimqızı təqdim edib.

Tədbir zamanı DMA rəsmiləri tərəfindən həssas qruplara dəstək proqramlarının icrasına öz töhfəsini verən sosial tərəfdaşlara təşəkkür olunub, digər özəl sektor nümayəndələri KSM tədbirlərində aktiv iştiraka dəvət edilib.

Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA Market” MMC ölkə üzrə 1160-dən çox marketi və 6000-ə yaxın əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!

https://oxu.az/

Digər xəbərlər

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsinin təşkilatçılığı ilə “Zaman Art Gallery”də “Azad Xocalı: Kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirilib.

Tarix:

26 Mart 2025

Daha ətraflı

Natəvan İbrahimova: “Cəmiyyətimizdə “bu qadın işi deyil, kişi işidir” deyilən streotipləri şirkət olaraq qırmağı bacarmışıq”

Tarix:

05 Mart 2025

Daha ətraflı

AÇIQLAMA!!!

Tarix:

27 Fevral 2025

Daha ətraflı