Tarix: 29 Aprel 2022

“Maredo konfetləri qazandırır” lotereyasının ikinci tirajında 15 nəfər qalib oldu!

“OBA” marketlər şəbəkəsi tərəfindən keçirilən “Maredo konfetləri qazandırır” lotereyasının ikinci tirajı baş tutub.

“OBA Market” mobil tətbiqi üzərindən həyata keçirilən stimullaşdırıcı elektron lotereyanın ikinci tirajının qalibləri aprelin 29-da məlum olub.

Qaliblər, “OBA” marketlər şəbəkəsinin sosial media hesablarında keçirilən canlı yayım zamanı təsadüfi seçimlə müəyyənləşdirilib. Bu həftəki tirajda 7 nəfər 100 AZN-lik “OBA” hədiyyə kartı, 2 nəfər elektrikli soba, 2 nəfər ətçəkən maşın, 2 nəfər smartfon telefon, 1 nəfər televizor və 1 nəfər paltaryuyan qazanıb.

Qeyd edək ki, bol hədiyyəli lotereya 15 apreldən 9 iyuna qədər davam edəcək. Tirajlı stimullaşdırıcı elektron lotereyada “OBA” müştəriləri hər 5 azn-lik Maredo konfetləri alış-verişində “OBA Market” mobil tətbiqini kassirə təqdim etməklə 1 şans qazanırlar. Lotereya 8 tirajdan ibarət olmaqla 8 həftə davam edəcək. Növbəti tiraj tarixləri: 6 May, 13 May, 20 May, 27 May, 3 İyun, 10 İyun.

1-7-ci tirajlarda 1 lotereya nömrəsi yalnız 1 tirajda qalib ola bilər. 8-ci, yəni sonuncu tirajda isə bütün öncəki qaliblər də iştirak hüququ qazanacaqlar.

Lotereyada iştirak edən müştərilər “OBA”dan hər biri 15 ədəd olmaqla elektrikli soba, ətçəkən maşın, mobil telefon, hər biri 8 ədəd olmaqla televizor və paltaryuyan maşın, 54 ədəd 100 azn-lik hədiyyə kartları, 1 ədəd soyuducu və 1 ədəd Kia Rio avtomobili qazanma şansına sahibdirlər.

Onu da vurğulayaq ki, lotereyanın iştirak qaydalarına əsasən, 18 yaşına çatmış şəxslər “OBA market” mobil tətbiqini yükləyərək iştirakını təsdiqləyib şəxsi məlumatlarını tam və doğru doldurmalıdır. Hər bir lotereya nömrəsi 1 dəfə qalib ola bilər. Şans sayının çox olması lotereya nömrəsinin qazanma ehtimalını artırır.

Ətraflı məlumat: oba.az saytında və “OBA Market” mobil tətbiqində elan olunacaq.

Qeyd edək ki, “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC ölkə üzrə 1000-dən çox marketi və 6000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!

Digər xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “OBA” marketlər şəbəkəsini mükafatlandırdı!

Tarix:

22 Fevral 2024

Daha ətraflı

Xankəndinin ilk marketi “OBA” oldu!

Tarix:

20 Dekabr 2023

Daha ətraflı

“Veysəloğlu” fermerlərə dəstək oldu!

Tarix:

02 Dekabr 2023

Daha ətraflı