Tarix: 30 Aprel 2021

“OBA Market” mobil tətbiqi istifadəyə verildi

Azərbaycan üzrə 900-dən çox marketdə keşbek qazanmaq mümkün olacaq.

Daima müştərilərinin rahatlığını düşünən “OBA” marketlər şəbəkəsi “OBA Market” mobil tətbiqini istifadəyə verməklə daha bir yeniliyə imza atdı.

“OBA” marketləri ictimaiyyətə təqdim etdiyi yeni mobil tətbiqiylə müştəriləri üçün bir sıra yeniliklər nəzərdə tutur. Yeni tətbiqlə “OBA” marketlərindən hər 10 AZN və üzəri alış-verişlərdə keşbek və xüsusi hədiyyələr qazanmaq mümkün olacaqdır. Belə ki, göstərilən xidmətə görə ödənilən məbləğin bir hissəsi müştərilərin hesabına qaytarılacaq və istifadəçilər hesablarında toplanan bonuslarla daha çox məhsullar əldə edə biləcəklər.

İstifadəçilər, həmçinin mobil tətbiq vasitəsilə “OBA” marketlərində həyata keçirilən “Həftənin fürsətləri”, “Möhtəşəm çərşənbə”, “Həftəsonu endirimləri”, “Xüsusi endirim” adlı ənənəvi və müxtəlif növ kateqoriyalar üzrə həyata keçirilən yeni endirimlərdən istənilən vaxt, anında və operativ olaraq xəbərdar olmaq, şikayət və təklifləri birbaşa tətbiq vasitəsilə bildirmək fürsəti qazanırlar.

Bundan əlavə, mobil tətbiqə daxil olaraq ən yaxın “OBA” market filialının ünvanını da əldə etmək mümkündür.

“OBA Market” mobil tətbiqini Android və iOS əməliyyat sistemlərindən yükləmək mümkündür. Müştərilər mobil tətbiqi Google Play StoreApple App Store-da axtarış xanasına “OBA Market” sözünü yazaraq yükləyə bilərlər.

Növbəti mərhələdə isə “OBA” market müştərilərini qonşu marketə gederək sərfəli və rahat alış-verişdən zövq almaq və toplanan bonuslardan istənilən zaman yararlanmaq fürsəti gözləyir.

1news.az

Digər xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “OBA” marketlər şəbəkəsini mükafatlandırdı!

Tarix:

22 Fevral 2024

Daha ətraflı

Xankəndinin ilk marketi “OBA” oldu!

Tarix:

20 Dekabr 2023

Daha ətraflı

“Veysəloğlu” fermerlərə dəstək oldu!

Tarix:

02 Dekabr 2023

Daha ətraflı