Tarix: 07 Fevral 2025

Dünya markası “Haribo” “OBA” marketlər şəbəkəsini - TƏLTİF EDİB

Dünya markası “Haribo” “OBA” marketlər şəbəkəsini - TƏLTİF EDİB

“OBA” marketlər şəbəkəsi "İlin sürətlə böyüyən pərakəndə satıcısı" seçilib

FED.az xəbər verir ki, “OBA” marketlər şəbəkəsi Beynəlxalq brend Haribo” şirkəti tərəfindən 2024-cü ilin “İlin sürətlə böyüyən pərakəndə satıcısı” seçilib və xüsusi mükafata layiq görülüb.

“Haribo” şirkətinin nümayəndələri “OBA”nın göstərdiyi xidmət səviyyəsini və müştəri məmnuniyyətinə verdiyi önəmi qiymətləndirərək bu mükafatı təqdim ediblər. “OBA” marketlər şəbəkəsi keyfiyyətli məhsul təqdimatı, yaxın və qonşu market konsepsiyası ilə Azərbaycan pərakəndə bazarında mövqeyini daha da gücləndirməyə davam edir. Şəbəkə yalnız sürətli böyüməyi deyil, həm də yenilənən konsepsiyası ilə ölkə iqtisadiyatına dəyər qatmağı davam etdirir.

“Haribo” şirkətinin nümayəndələri “OBA”ya göstərdiyi əzmkarlıq və mükəmməl tərəfdaşlıq üçün təşəkkürünü bildirərək, bu uğurların gələcəkdə də davam edəcəyinə ümid etdiklərini ifadə ediblər.

Qeyd edək ki, Haribo şirkəti şirniyyat sektorunun liderlərindən biri olaraq hər bir ölkənin yerli ağız dadına uyğun jelatinli məhsullar istehsal edir. Müsəlman ölkələri üçün isə halallıq qaydalarına uyğun jelatindən istifadə edilir. Şirkətin atdığı bu cür addımlar “Haribo”-nun beynəlxalq miqyasda genişlənməsinə və müxtəlif bazarlarda uğurla fəaliyyət göstərməsinə kömək edir.

https://fed.az/az/supermarket/dunya-markasi-haribo-oba-marketler-sebekesini-telti%CC%87f-edi%CC%87b-222687

Digər xəbərlər

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsinin təşkilatçılığı ilə “Zaman Art Gallery”də “Azad Xocalı: Kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirilib.

Tarix:

26 Mart 2025

Daha ətraflı

Natəvan İbrahimova: “Cəmiyyətimizdə “bu qadın işi deyil, kişi işidir” deyilən streotipləri şirkət olaraq qırmağı bacarmışıq”

Tarix:

05 Mart 2025

Daha ətraflı

AÇIQLAMA!!!

Tarix:

27 Fevral 2025

Daha ətraflı