Başlama tarixi :

06 Noyabr 2024

Bitmə tarixi :

06 Noyabr 2024

Yaşıl bir gələcək naminə “Dünyamızı rəngləndirək"

Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) 30 illiyi və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası- COP29 münasibətilə “OBA” marketlər şəbəkəsi ekoloji təşəbbüslə çıxış edib.

“Dünyamızı rəngləndirək” şüarı ilə “Yaşılı sev, çevrəni qoru” adlı ekoloji layihə çərçivəsində “OBA” əməkdaşları Zirə Gülçülükdə bir araya gələrək dibçəklərə güllər əkiblər.Əməkdaşlar əkilən dibçəkləri “VŞQ 30” və “OBA” loqoları ilə rəngləyiblər. Bu təşəbbüs ekoloji məsuliyyətin artırılması və ictimai sağlamlığın qorunması məqsədi daşıyır. Həmçinin layihədə dibçəklərə əkilən güllər “OBA” marketlər şəbəkəsi tərəfindən Veysəloğlu Şirkətlər Qrupuna hədiyyə edilib.

Bu səbəbdən layihə həm də birliyin, birlikdə çalışmağın gücünü əks etdirir.

Digər layihələr

OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO

“Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA” Marketlər Şəbəkəsi FMCG (sürətli dövriyyəli istehlak malları) sektorunda ilkə imza ataraq, startap ideyalarını real biznes həllərinə çevirən “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunu həyata keçirib.

Başlama tarixi:

13 Fevral 2026

Bitmə tarixi:

13 Fevral 2026

Daha ətraflı

10 illiyini qeyd edən OBA-da alış-veriş daha sürətli və daha qazanclı oldu

Bu ilin mart ayında fəaliyyətinin 10 illiyini qeyd edən "OBA" marketlər şəbəkəsi müştəri təcrübəsini daha rahat, sürətli və qazanclı etmək məqsədilə mobil tətbiqini yeniləyərək "OBA Plus" adı ilə istifadəyə verib.

Başlama tarixi:

05 Fevral 2026

Bitmə tarixi:

05 Fevral 2026

Daha ətraflı

“Keyfiyyətin yol xəritəsi” - Maredo

Başlama tarixi:

16 Yanvar 2026

Bitmə tarixi:

16 Yanvar 2026

Daha ətraflı