Başlama tarixi :

06 Avqust 2022

Bitmə tarixi :

07 Avqust 2022

“OBA” marketlər şəbəkəsi qazilər üçün futbol turniri təşkil etdi

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi qazilərimizə həsr olunan futbol turniri təşkil edib.

İki gün davam edən turnirdə marketlər şəbəkəsindən 8 komanda iştirak edib. Yarışma başlamazdan öncə 44 günlük Vətən müharibəsi şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

İki gün davam edən mübarizədə final oyunu qazilər tərəfindən böyük maraqla izlənilib.Çıxış edən “OBA” rəhbərliyi turnirdə iştirak etdikləri üçün qazilərimizə öz təşəkkürünü bildirib. Qeyd olunub ki, “OBA” marketlər şəbəkəsi olaraq bu turnirin təşkilindən və qazilərin orada iştirakından böyük qürur hissi duyulur.

Daha sonra qalib komandanın üzvləri qazilərimizə hədiyyələr təqdim edib və xatirə fotosu çəkdiriblər.

Digər layihələr

OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO

“Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA” Marketlər Şəbəkəsi FMCG (sürətli dövriyyəli istehlak malları) sektorunda ilkə imza ataraq, startap ideyalarını real biznes həllərinə çevirən “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunu həyata keçirib.

Başlama tarixi:

13 Fevral 2026

Bitmə tarixi:

13 Fevral 2026

Daha ətraflı

10 illiyini qeyd edən OBA-da alış-veriş daha sürətli və daha qazanclı oldu

Bu ilin mart ayında fəaliyyətinin 10 illiyini qeyd edən "OBA" marketlər şəbəkəsi müştəri təcrübəsini daha rahat, sürətli və qazanclı etmək məqsədilə mobil tətbiqini yeniləyərək "OBA Plus" adı ilə istifadəyə verib.

Başlama tarixi:

05 Fevral 2026

Bitmə tarixi:

05 Fevral 2026

Daha ətraflı

“Keyfiyyətin yol xəritəsi” - Maredo

Başlama tarixi:

16 Yanvar 2026

Bitmə tarixi:

16 Yanvar 2026

Daha ətraflı