Başlama tarixi :

15 Sentyabr 2022

Bitmə tarixi :

15 Sentyabr 2022

“OBA” Bilik Günü münasibətilə şəhid əməkdaşlarının ailəsini ziyarət etdi

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi Bilik Günü ərəfəsində şəhid əməkdaşlarının evini ziyarət edib.

Şirkət təmsilçiləri 44 günlük Vətən müharibəsində şəhid olmuş 4 əməkdaşının ailəsindəki məktəbliləri yeni tədris ilinin başlaması münasibətilə təbrik edib.

“OBA” marketlər şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Kamilə Məhərrəmli bildirib ki, şirkət hər zaman şəhid əməkdaşlarının xatirəsini yad etməyə çalışır:

“44 günlük vətən müharibəsində “OBA” marketlər şəbəkəsinin 4 əməkdaşı da şəhidlik zirvəsinə ucalıb. Qəbələ, Beyləqan və Bakı ərazisində müxtəlif vəzifələrdə çalışan əməkdaşlarımız – Qara Nəsirov, Süleyman Bağırov, Tural Aslanov, Ümman Əmiraslanov ilk gündən vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına vuruşublar. Bu gün onların övladları, ailə üzvləri hər birimizə əmanətdir. Yeni tədris ilində əməkdaşlarımızın ailəsindəki məktəbliləri az da olsa sevindirməyə çalışdıq. Məktəblilərin hər birinə uğurlar arzulayırıq”.

Qeyd edək ki, “OBA” marketlər şəbəkəsinin dəyərləri sırasında sosial məsuliyyət bəndi xüsusi yer tutur. Şirkət cəmiyyət və ətraf mühit üçün dəyər yaratmağa və dayanıqlı inkişafa dəstək olmağa çalışır.

Digər layihələr

“QONŞUDA NOVRUZ ŞƏNLİYİ” KÜRDƏMİRDƏ

"OBA" Marketlər olaraq bayramı qonşularımıza daha da gözəl etmək üçün Kürdəmirə yola çıxdıq. Burada müxtəlif əyləncəli oyunlar təşkil edərək qonşularımıza hədiyyə kartları qazandırdıq.

Başlama tarixi:

07 Mart 2025

Bitmə tarixi:

07 Mart 2025

Daha ətraflı

“QONŞUDA NOVRUZ ŞƏNLİYİ” SUMQAYITDA

"OBA" Marketlər olaraq bayramı daha rəngarəng etmək üçün qonşularımıza təbriklərimizi çatdırmağa başladıq! İlk istiqamətimizi Sumqayıt oldu.

Başlama tarixi:

06 Mart 2025

Bitmə tarixi:

06 Mart 2025

Daha ətraflı

1-28 Fevral tarixlərində OBA Market mobil tətbiqi ilə Bol Keşbek qazan!

Mobil Tətbiqi skan edərək alış-verişlərinin ümumi məbləği: 100 AZN-i keçərsə – 2% keşbek 200 AZN-i keçərsə – 3% keşbek 300-500 AZN aralığında olarsa – 5% keşbek əldə edin!

Başlama tarixi:

01 Fevral 2025

Bitmə tarixi:

28 Fevral 2025

Daha ətraflı