“Biş-düş” Maştağada!
“Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi “Biş-düş” layihəsi çərçivəsində növbəti bölgəmizə səfər edib.
Bu dəfə “Biş-düş” komandası Maştağa sakinlərini sevindirmək üçün yola düşüb. “OBA” marketlərindən etdiyi alış-veriş qəbzini təqdim edən, yaxud mobil tətbiqindən istifadə edənlər 100 AZN-lik hədiyyə kartları qazanıblar. “Biş-düş” komandası şərtləri yerinə yetirməmiş sakinləri də əliboş qoymayıb. Onlarla yerində kiçik yarışmalar edərək qalibləri mükafatlandırıblar.
“Biş-düş” layihəsinin qazananlarından olmaq fürsəti əldə etmək üçün siz də yolunuzu alış-verişin qənaətli ünvanı olan “OBA”dan salın.
Qeyd edək ki, Maştağada baş tutan müsabiqəmiz ölkəmizin dörd bir yanında keçirilməyə davam edəcək. Odur ki, izləmədə qalın, müsabiqədə iştirak etmək fürsətini qaçırmayın!
Maştağa səfərimizi daha ətraflı izləmək üçün linkə keçid edin: