Başlama tarixi :

18 Mart 2021

Bitmə tarixi :

19 Mart 2021

Günel Həsənzadə ilə bayram sovqatı

“OBA” marketlər şəbəkəsi “Novruz bayramı” ilə əlaqədar Pirallahı qəsəbəsində yaşayan ailələri ziyarət etmiş və onları bayram sovqatı ilə sevindirmişdir.

Xüsusi günləri daim diqqət mərkəzində saxlayan “OBA” marketlər şəbəkəsinin təşəbbüsü ilə Novruz bayramı ərəfəsində aztəminatlı və Vətən müharibəsinin iştirakçısı olan qazi ailələrinə müxtəlif ərzaq məhsullarından ibarət yardımlar təqdim olunmuşdur. Layihə əsasən Pirallahı qəsəbəsində yaşayan sakinlərlə nəzərdə tutulmşdu.

Qəsəbə sakinləri sovqatla gələn xüsusi qonağımız tanınmış aparıcı Günel Həsənzadəni sevinclə qarşılamış və evlərinə dəvət etmişlər. Günel xanım da öz növbəsində sakinləri Novruz xonçası və zəruri ərzaq məhsullarından ibarət bayram sovqatı ilə sevindirmişdir.

Layihə haqqında ətraflı video reportajı aşağıdakı linkə keçid edərək izləyə bilərsiniz.

Digər layihələr

OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO

“Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA” Marketlər Şəbəkəsi FMCG (sürətli dövriyyəli istehlak malları) sektorunda ilkə imza ataraq, startap ideyalarını real biznes həllərinə çevirən “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunu həyata keçirib.

Başlama tarixi:

13 Fevral 2026

Bitmə tarixi:

13 Fevral 2026

Daha ətraflı

10 illiyini qeyd edən OBA-da alış-veriş daha sürətli və daha qazanclı oldu

Bu ilin mart ayında fəaliyyətinin 10 illiyini qeyd edən "OBA" marketlər şəbəkəsi müştəri təcrübəsini daha rahat, sürətli və qazanclı etmək məqsədilə mobil tətbiqini yeniləyərək "OBA Plus" adı ilə istifadəyə verib.

Başlama tarixi:

05 Fevral 2026

Bitmə tarixi:

05 Fevral 2026

Daha ətraflı

“Keyfiyyətin yol xəritəsi” - Maredo

Başlama tarixi:

16 Yanvar 2026

Bitmə tarixi:

16 Yanvar 2026

Daha ətraflı