Əvəlikli çəkmə aşı

Proses: əvəlik qayçı ilə doğrandıqdan sonra çubuqları təmizlənib ilıq suda yaxşıca yuyulur və sonra suyu sıxılır, mərciməklər təmizlənib yuyulur və suda bişirilir, yumru düyü yuyulur və 15 dəqiqəlik soyuq suda isladılır. Soğan yağsız şəkildə öldürülür, sonra üzərinə quzu ətinin qovurması atılır Soğanlar qızaranda üzərinə alça qurusu, əvəlik, bişmiş mərci və yumru düyü atıb təqribən 10-15 dəqiqə qovrulur. Sonra üzərinə çıxana qədər ət suyu tökülür, orta atəşdə suyu çəkilənə qədər bişirilir. Suyu çəkiləndə ortalarına oyuq açılır, yağı azdırsa yağ əlavə edib 40 dəqiqəlik vam odda dəmə qoyulur. Qazanın altına dəmir qoymağı unutmayın.

1 saat 20 dəqiqə

Ингредиенты:

Soğan

3 ədəd

Əvəlik

Zövqə uyğun

Yaşıl mərci

2/3 stəkan

Yumru düyü

2 stəkan

Alça qurusu

4 ədəd

Ət suyu

Üzərinə çıxana qədər

Duz və istiot

Zövqə uyğun

Sarımsaqlı qatıq

Zövqə uyğun