Дата: 28 Мая 2022

“OBA” Müstəqillik Günü münasibətilə 1111-ci marketini açdı

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi Müstəqillik Günü münasibətilə 1111-ci marketinin açılışını edib.

Azərbaycan pərakəndə satış sektorunda ən çox market sayı ilə seçilən və yaxın qonşu olaraq müştərilərinə xidmət göstərməkdən qürur duyan “OBA”nın yeni filialı Badamdar qəsəbəsi, Seymur Məmmədov 11a ünvanında yerləşir.

Yeni marketin istifadəyə verilməsi münasibətilə “OBA”da 500-dən çox müxtəlif istehlak məhsuluna endirim tətbiq edilir. “Nə yaxın qonşu olduq” şüarı ilə hər zaman müştərilərini diqqətdə saxlayan “OBA”, hər kəsi bu fürsətlərdən yararlanmağa dəvət edir.

Qeyd edək ki, Azərbaycanın pərakəndə satış sektorunda aparıcı marketlər şəbəkəsindən biri olan “OBA Market” MMC 2021-ci ildən etibarən bir çox dəyişikliklər həyata keçirib. Şirkət müştəri məmnuniyyətini artırmaq məqsədilə mağazalarını genişləndirib, məhsul çeşidini artırıb, interyer və eksteryerində önəmli dəyişikliklər edib.

"OBA Market" MMC öz fəaliyyətində hər zaman inkişaf etməyi, müştərilərinə yaxın olmağı və yüksək keyfiyyəti hədəf kimi qarşıya qoyub. Qənaətli alış-veriş və sərfəli qiymət təklif edən "OBA"nı seçən müştərilər həm vaxtlarına, həm məsafəyə, həm də ciblərinə qənaət edirlər.

Другие новости

“OBA” marketlər şəbəkəsi ilin şirkəti seçildi!

Дата:

18 Марта 2024

Подробнее

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “OBA” marketlər şəbəkəsini mükafatlandırdı!

Дата:

22 Февраля 2024

Подробнее

Xankəndinin ilk marketi “OBA” oldu!

Дата:

20 Декабря 2023

Подробнее