Дата начало:

06 Августа 2022

Дата завершение:

07 Августа 2022

“OBA” marketlər şəbəkəsi qazilər üçün futbol turniri təşkil etdi

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi qazilərimizə həsr olunan futbol turniri təşkil edib.

İki gün davam edən turnirdə marketlər şəbəkəsindən 8 komanda iştirak edib. Yarışma başlamazdan öncə 44 günlük Vətən müharibəsi şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

İki gün davam edən mübarizədə final oyunu qazilər tərəfindən böyük maraqla izlənilib.Çıxış edən “OBA” rəhbərliyi turnirdə iştirak etdikləri üçün qazilərimizə öz təşəkkürünü bildirib. Qeyd olunub ki, “OBA” marketlər şəbəkəsi olaraq bu turnirin təşkilindən və qazilərin orada iştirakından böyük qürur hissi duyulur.

Daha sonra qalib komandanın üzvləri qazilərimizə hədiyyələr təqdim edib və xatirə fotosu çəkdiriblər.

Другие проекты

OBA aztəminatlı ailələrə ərzaq yardımı etdi

Xalqın yaxın qonşusu olan “OBA” marketlər şəbəkəsi Ramazan bayramı münasibətilə “OBA qonaq gedir” sosial layihəsi çərçivəsində Sumqayıtda yaşayan aztəminatlı ailələrə ərzaq qutuları paylayıb.

Дата начала:

08 Апреля 2024

Дата окончания:

08 Апреля 2024

Подробнее

“OBA” bu bayram da sevindirdi

“OBA” marketlər şəbəkəsi Şirvan şəhərində yaşayan sağlamlıq imkanları məhdud uşaqlar üçün Novruz şənliyi keçirib.

Дата начала:

21 Марта 2024

Дата окончания:

21 Марта 2024

Подробнее

“OBA” marketlər “Şanslı dəqiqə”lərlə sevindirir

16 - 21 mart tarixlərində, Azərbaycanımızın hər bölgəsi bayram əhvalına bürünsün deyə bütün regionlarda olan “OBA” marketlərdə hər dəqiqə alış-veriş edən bir nəfər təsadüfi yolla qalib seçiləcək. Məbləğindən asılı olmayaraq təsadüfi seçilən qaliblərin alış-verişi onlara “OBA” tərəfindən hədiyyə olunacaq.

Дата начала:

16 Марта 2024

Дата окончания:

21 Марта 2024

Подробнее