Marketdən başlayan yüksəliş: Vüqar Kərimlinin hekayəsi!
O satıcı-kassir olaraq başladığı “OBA”da,, hazırda “Quru qida satınalma müdiri” vəzifəsində işinə davam edir.O, 2017-ci ildə ilk işgüzar fəaliyyətinə “OBA”da başlayıb və özünü inkişaf etdirərək mağazadan baş ofisə keçməyi bacarıb. Vüqar Kərimli inanır ki, insan həm öz əzmi, həm də peşəkar komanda ilə birgə irəliyə, böyük uğurlara doğru addımlaya bilər. Diqqətinizə çatdıraq ki, Azərbaycanın hər bölgəsində 1500-dən çox marketi və 9 mindən çox əməkdaşı ilə fəaliyyət göstərən “OBA” marketlər şəbəkəsi böyüməyə və ailəsini genişləndirməyə davam edir. Bu uğurun arxasında isə səmimi komanda ruhu, əməkdaşlarımıza olan sevgi və bir-birimizə verdiyimiz dəstək dayanır. “OBA” marketlər şəbəkəsi olaraq komanda üzvlərimizin uğurları, hər bir fərdin potensialını yüksək səviyyəyə çatdırması bizim üçün önəmlidir. Onların əməyinə dəyər verir və bu yolda bir-birimizə güvənərək addımlamağa davam edirik. məkdaşın inkişafı və uğuru önəmlidir. Eyni güvənlə yolumuza davam edirik.