Müştəri məmnuniyyəti
- OBA üçün müştərilərin mənfəəti qısa müddətli yüksək qazancdan daha önəmlidir;
- OBA keyfiyyətli məhsulları müştərilərinə ucuz qiymətlərlə təqdim edir;
- Müştərilərimiz məhsulun etiketinə və markasına deyil, keyfiyyətli məhsulun özünə pul ödəyir;
- Müştərilərimiz aldığı istənilən məhsulu 15 gün ərzində geri qaytara bilər. Bunun üçün alış-veriş qəbzi təqdim olunmalıdır;
- Marketimizdə alış-veriş zamanı istifadə müddəti bitmiş məhsul aşkar olunarsa, yeni məhsul hədiyyə veriləcək;
- Marketimizdə çap xətası ilə əlaqədar hər hansı bir məhsulun qiyməti ucuz elan edilərsə, bu qiymət kassada da keçərlidir;
- Marketimizdə rəf qiyməti ilə kassa çıxış qiyməti fərqli olduqda (barkod, marka adı, ölçü vahidi və miqdarı eyni olarsa) ucuz olan qiymət keçərlidir.