Quru qida

Gündəlik tələbat məhsulları içində quru qidalar xüsusi yer tutur. Bu qrupa qarabaşaq, düyü, makaron, un, noxud və lobyalar, yağlar, ədviyyatlar, qənd, şəkər tozu, çaylar, kofelər və s. daxildir. Gündəlik rasionumuzun ayrılmaz hissəsi olan bu məhsullar OBA marketlər şəbəkəsində daha yüksək keyfiyyətlə və ən ucuz qiymətlə müştərilərə təqdim olunur.

OBA market filiallarında siz bu məhsulları “Safran”, “Fellini” və s. adlarla əldə edə bilərsiniz. Marketlərimizdə satılan quru qidalar əsasən Azərbaycanda, qismən də Türkiyə, Hindistan, Rusiya, Belarusiya, Ukrayna və digər ölkələrdə istehsal olunur. Bu məhsullar Ankara Makarna Zavodu, NEON, “Xırman”, “Aysu”, “Karmen”, “Avrora” və digər şirkətlərdə istehsal olunur. Siz də OBA marketlərdən alış-veriş etməklə həm evinizə keyfiyyətli məhsullar alacaq, həm də ailə büdcənizə qənaət etmiş olacaqsınız.