Qeyri-qida və gigiyena vasitələri

Geniş məhsul çeşidinə malik qeyri-qida və təmizlik vasitələri mal qrupunda şəxsi markalarımız ilə sizə yüksək keyfiyyət və sərfəli qiyməti bir arada təklif edirik. Bu qrupa quru və nəm salfetkalar, şampunlar, yuyucu tozlar, sabunlar, məişət əşyaları, aksesuarlar, uşaq bezləri, tekstil, elektrikli cihazlar və digər qeyri-qida məhsulları daxildir.

Təmizlik vasitələri brendlərimizdən olan “Klar”ın qab şampunu, yuyucu tozu, sabunu, ağardıcıları, keramika təmizləyiciləri və s. vardır. Yerli istehsal olan bu məhsullar evinizə təmizlik və gigiyena gətirəcəkdir. Bundan başqa, Belarusiyanın “Sunday” yuyucu tozları paltarlarınıza bahar təravəti və təmizlik bəxş edəcəkdir.