Süd və süd məhsulları

Süd və süddən hazırlanan məhsulların faydası hər kəs tərəfindən bilinir. Süd və süddən hazırlanan məhsullar mədə şirəsinin ifrazını stimullaşdırır, bağırsaqların fəaliyyətini və maddələr mübadiləsini yaxşılaşdırır, orqanizm tərəfindən çox tez və asan mənimsənilir. Südün tərkibində C, B1, B2, B12, D vitaminləri vardır.

OBA marketlər şəbəkəsi təzə və keyfiyyətli süd və süd məhsullarını istehlakçılara təqdim edir. OBA marketlərdə satılan bu məhsullar yerli xammal ilə yerli istehsal müəssisələrində istehsal olunur. Satışda olan məhsullar əsasən “Milla”, “Atena”, “Uzun Ömür” MMC, “Süd Məhsulları” MMC-də istehsal olunur. Süd və süd məhsullarına təzə süd, qatıq, yoqurt, pendir, şor və s. daxildir. Bu məhsulları siz “Hər Gün”, “NUR”, “Atena”, “Milla” adları ilə filiallarımızdan əldə edə bilərsiniz.