Şirniyyat və konfetlər

Süfrələrimizin bəzəyi olan un və un məmulatları, konfet və şokoladlar OBA marketlər şəbəkəsində yüksək keyfiyyət və münasib qiymətlərlə müştərilərimizə təqdim olunur. OBA marketlərin filiallarından siz müxtəlif növ peçenyalar, vaflilər, kekslər, konfet və şokoladlar əldə edə bilərsiniz.

Siz OBA marketlərdən “Popkek”, “Soffi”, “Maredo”, “Tamdad”, “Babuşkina”, “Fellini” və s. brend adları altında müxtəlif növ keyfiyyətli şirniyyatları uyğun qiymətlərə ala bilərsiniz. Biz ölkəmizin ən böyük şokolad və konfet istehsalçılarından biri olan “Ulduz” şokolad fabrikində istehsal olunan şokolad və konfetləri yüksək keyfiyyət və ən aşağı qiymətlə sizə təqdim edirik. Marketlərimizdə satılan şirniyyatlar əsasən ETİ, “Alvien”, “Avrora”, “Ulduz”, “Xonça” şirniyyat və digər müəssisələrdə istehsal olunur.