"OBA" Marketlər Şəbəkəsi işini karantin rejiminin tələblərinə uyğun qurur

"OBA" Marketlər Şəbəkəsi işini karantin rejiminin tələblərinə uyğun qurur

01.04.2020

 

 "OBA Retail Chain" MMC-də şirkətin Kadr İnkişaf və Qiymətləndirmə şöbəsi tərəfindən distant təlimlərin keçirilməsinə başlanılıb.
Belə ki, COVID-19 pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən xüsusi karantin rejimi şəraitində şirkətin əməkdaşlarının bir çoxunun distant fəaliyyət göstərməsi bu təlimlərin keçirilməsini aktual edib.

Microsoft Teams proqramından istifadə edilməklə keçirilən ilk təlim “İşgüzar yazışmalar” mövzusunda olub. Təlim iştirakçılarına işgüzar yazışmaların aparılması və şirkətimizdə daxili yazışma qaydaları haqqında geniş məlumat verilib və onların sualları cavablandırılıb. Təlimdə şirkətin distant fəaliyyət göstərən əməkdaşları iştirak edib.

Bu cür təlimlərin gələcəkdə daavm etdirilməli planlaşdırılır. Növbəti distant təlimin satış heyəti üçün keçirilməsi nəzərdə tutulur.