“Gələcəyini Qur” iştirakçıları ilə görüş keçirilib

“Gələcəyini Qur” iştirakçıları ilə görüş keçirilib

21.10.2019
OBA MArketlər Şəbəkəsinin də daxil olduğu “Veysəloğlu” şirkətlər qrupu özünün Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində dəstək olduğu “Gələcəyini Qur” iştirakçıları ilə görüşüb.
 
Həyata keçirilən layihəyə əsasən aztəminatlı ailələrdən olan yüksək intellektual qabiliyyəti və universitetdə oxumaq arzusu olan 20 şagirdə (12 qız, 8 oğlan), hazırlıq kursları ilə təmin edilməsinə dəstək göstərilmişdir. Çox sevindirici haldır ki şagirdlərin hər biri 2019 – cu ildə Universitetə qəbul imtahanlarında yüksək nəticlələr göstərərək Ali məktəblərə daxil olaraq tələbə adını qazanıblar.
 
Tədbirdə Veysəloğlu Şirkətlər qrupunun Müşahidə Şurasının üzvləri, o cümlədən OBA Marketlər şəbəkəsinin direktoru Vüsal Əmrahov da iştirak edərək tələbələri təbrik etmiş, ölkəmizin inkişafı naminə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. “Gələcəyini Qur” layihəsinin əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin həyatda uğur əldə etmələrinə dəstək və töhfə vermək və bununla Azərbaycan cəmiyyətinə yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaqdır.