OBA Marketlər Şəbəkəsi gənclər üçün növbəti karyera sərgisini təşkil edib

OBA Marketlər Şəbəkəsi gənclər üçün növbəti karyera sərgisini təşkil edib

18.10.2019

18 oktyabr 2019-cu il tarixində OBA Marketlər Şəbəkəsinin İnsan resursları və Karyera və inkişaf şöbələrinin birgə iştirakı ilə Bakı Qida Sənayesi Kollecində gənclər üçün növbəti karyera sərgisi keçirilib. Tədbirdə kollecin sonuncu kurs tələbələri yaxından iştirak etmişdir.

Tədbir zamanı şirkətin İnsan Resursları şöbəsinin nümayəndələri şirkətin fəaliyyət istiqaməti, şirkət üzrə mövcud vakansiyalar, təcrübə proqramları və karyera imkanları haqqında iştirakçılara geniş məlumat verilib və müraciət edən namizədlərin CV-lərini dəyərləndirmək üçün qəbul ediblər. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Hər zaman tələbələrin karyera sahəsində daha yüksək nailiyyətlər əldə etməsinə diqqətlə yanaşan OBA Marketlər Şəbəkəsi daimi olaraq karyera və əmək yarmarkalarında iştirak edir və gənclərin işlə təmin edilməsi istiqamətində addımlar atır. Onu da qeyd edək ki, şirkət tərəfindən digər təhsil müəssisələrində də karyera sərgiləri təşkil olunması planlaşdırılır.